Astara Gənclər Evində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər həftə sonu keçirilən “ İdman hamı üçün” layihəsinə dəstək və eləcə də rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzini kütləviləşdirmək məqsədilə Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Astara Pedoqoji Kolleci Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Stolüstü tennis hamı üçün” devizi ilə Stolüstü tennis oyunları təşkil olunmuşdur.

    Oyunların təşkilində APK TGT-nın sədr müavini Zəhra Babayeva , Astara Gənclər Evində Astara RGİİ-nin gənclər və idman nümayəndəsi Azad Qafarov fəal iştirak etmişlər.