2022-ci ilin yanvar-sentyabr aylarında ilkin hesablamalaragörə Astara rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) məhsul buraxılışı və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən14,6 faiz artaraq 178067,8 min manata çatmışdır. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 1596 manat təşkil etmişdir.
Məhsul və xidmətlərin 39,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 29,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 13,4 faizi sənayedə, 15,7 faizi tikintidə, 2,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrində, 0,5 faizi isə informasiya və rabitə sahələrində istehsal olunmuşdur.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 23783,0 min manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,2 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 30,9 faizi emal sektorunda, 68,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 30,9 faiz olmuşdur. Ümumi istehsalın 81,4 faizi sənaye məhsullarının istehsalı, 18,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,9 faiz azalmışdır.
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2022-ci il vəziyyətinə 583,1 min manatlıq hazır məhsul olmuşdur.
Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) 642 hektar əkin sahəsinin hamısı biçilmiş və həmin sahələrdən 1844 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz az məhsul götürülmüşdür. Orta hesabla hər hektardan 28,7 sentner və ya keçən ilin müvafiq dövrünə nisbətən 0,4 sentner az məhsul əldə edilmişdir. Bundan əlavə, 188 hektar dən üçün qarğıdalı sahəsindən 588,8 ton məhsul yığılmış, hər hektardan orta hesabla 31,3 sentner qarğıdalı dəni götürülmüşdür. Qarğıdalı dəni nəzərə alınmaqla rayon üzrə taxıl istehsalı 2432,8 ton olmuşdur.
2022-ci il oktyabr ayının 1-nə kimi sahələrdən 28677,2 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox tərəvəz, 7843,6 ton (3,9 faiz çox) kartof, 4134,6 ton (0,1 faiz çox) bostan məhsulları, 1220,7 ton (8,8 faiz çox) meyvə və giləmeyvə, 23,0 ton (1,8 faiz çox) üzüm, 549,9 ton (21,4 faiz az) yaşıl çay yarpağı yığılmışdır.
2022-ci il oktyabrın 1-i vəziyyətinə rayon üzrə 40114 baş iribuynuzlu mal-qara, o cümlədən 19707 baş inək və camış, 19111 baş qoyun və keçi mövcud olmuşdur. 2021-ci il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 540 baş (1,3 faiz), o cümlədən inək və camışların sayı 139 baş (0,7 faiz), qoyun və keçilərin sayı isə 1507 baş (7,3 faiz) azalmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı 0,5 faiz artaraq 2991,7 ton, süd istehsalı 0,4 faiz artaraq 20426,6 ton, yumurta istehsalı 0,1 faiz artaraq 8843,0 min ədəd, yun istehsalı 0,7 faiz artaraq 28,2 ton olmuşdur. Bu dövrdə rayonda 372,5 kq və ya keçən ilin müvafiq dövrünə nisbətən 132,8 kq az barama istehsal olunmuşdur .
Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,5 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,2 faiz artmış, heyvandarlıq məhsullarının istehsalı isə 4,0 faiz azalmışdır.
2022-ci ilin yanvar-senyabr aylarında əsas kapitala 29158,6 min manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitin 28026,3 min manatı və ya 96,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinəsərf olunmuşdur. 2022-ci ilin doqquz ayında Astara rayonunda ümumi sahəsi 5885 kv.m olan 54 fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 720 min ton yük və 4075 min nəfər sərnişin daşınmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 12,1 faiz, sərnişin daşınması isə 26,8 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilən 904,9 min manatlıq xidmətlərin 86,8 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi dəyər ifadəsində 5,6 faiz artmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarətşəbəkəsindən əhaliyə 160116,2 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 21160,7 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 6,5 faiz artmış, ticarət şəbəkəsində 79917,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 80198,7 min manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 115,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 123,9 faiz, qeyri-ərzaq malları üzrə 108,8 faiz, əhaliyəgöstərilən ödənişli xidmətlər üzrə 107,6 faiz təşkil etmişdir.
2022-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərinorta aylıq nominal əmək– haqqı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,8 faiz artaraq 534,9 manat təşkil etmişdir.