Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təşkilatçılığı ilə “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının Astara rayon birinciliyi Astara Rayon Polis Şöbəsinin,Astara Rayon Gənclər və İdman İdarəsi və Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

    Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra yarışların rəsmi açılış mərhələsi açıq elan edilib.

     Sonra Astara Olimpiya İdman  Kompleksinin Sərbəst güləş idman növü üzrə yeniyetmə və gənc idmançıları tərəfindən idman etüdləri və nümunəvi çıxışları  nümayiş olunmuşdur.

     Yarışın rəsmi açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Rayon Polis Şöbəsinin rəisi,polis polkovniki Azər Cəfərov, Astara  Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin inspektoru, polis baş leytenantı Xudayar Kərimov çıxış edərək yarışın keçirilməsində əsas məqsədin-gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, daxili işlər orqanlarında və Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsi olduğunu qeyd etmişlər.

    Yarışların baş hakimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Fiziki tərbiyə şöbəsinin inspektoru, “ Azərbaycan Respublikasının Əməkdar idman ustası”  Tural Əliyev yarışlara start  vermişdir.

    Yarışda müvafiq fiziki hazırlığı olan 20-25 yaş arası gənclər,. eləcə də  həvəskar tələbələr və məktəbli idmançılar yarışda iştirak etmişlər.Ümumilikdə 41 gənc, onlardan 21 məfər  20-25 yaşlı idmançı müəyyən olunmuş marşrut üzrə 3000 m. məsafəyə kross qaçışı və turnik hərəkətləri üzrə öz güclərini sınayıblar.

    Yarışın açılış mərasimində Astara Rayon Prokuroru  Əli Əliyev, SHXÇDX Astara rayon şöbəsinin rəisi, mayor Orxan Əhmədov, Astara RPŞ-nin Xidmət üzrə rəis müavini Amin Seyfullayev, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev və digər nümayəndələr iştirak etmişlər.

    Yekunda qızğın keçən mübarizənin qalibləri bəlli olmuşdur.

     Turnik hərəkətlərində ilk üç yerin qalibləri:

Əlizadə Aqşin (Astara Rayon Polis Şöbəsinin əməkdaşı) – 1-ci yer

Kazımov İlham ( Astara Pedoqoji Kolleci,II kurs) – 2-ci yer

Babaşlı Etimad  (Astara Pedoqoji Kolleci,IV kurs) 3-cü yer

olmuşlar.

                3000 metr məsafəyə kross qaçışında ilk üçyerin qalibləri:

Nəzərli Ramal ( Astara Pedoqoji Kolleci,II kurs)                   – 1-ci yer

Zeynalov Qurbanəli (Həvəskar gənc,Ərçivan qəsəbəsakini) – 2ci yer

Əlizadə Aqşin (Astara Rayon Polis Şöbəsinin əməkdaşı)     – 3-cü yer

  Yarışın sonunda qaliblər diplom hədiyyələr ilə təltif olunublar.