“Zirvə” Beynəlxalq İdman Klubunun Astara şəhərində yerləşən universal və multfunksional  Basketbol arenasında   Astara rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Kontakt Karate Federasiyası ilə birgə təsdiq etdikləriəsasnaməyə uyğun olaraq Kontakt Karate  döyüş növüuşaqlar, yeniyetmələr və gənclər arasında açıq cənub turniri keçirilmişdir.

  Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni musiqi

daları səslənmişdir.Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

  Tədbirin açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Azərbaycan Kontakt Karate Federasiyasının prezidenti Ruslan Abbasov, Şəhid polkovnik-leytenant Nail Orucovun oğlu Ruslan Orucov, yarışların baş katibi, Azərbaycan Kontakt Karate Federasiyasının cənub zonası üzrə təlimatçı-məşqçisi, Federasiyanın nəzdində “Seiken” Kyokuşin Karate Klubunun direktoru, II Dan Qara kəmər ustası Azər Ağazadə, Astara Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, Vətən müharibəsi veteranı Ələskər Əskərov yarışın məqsədinin 8 noyabr 2020-ci il tarixdə Vətən müharibəsində qələbəni qazanılması zamanı şəhid olan polkovnik-leytenant Nail Orucovun, eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi naminə şəhid olan həmvətənlərimizin xatirəsinin yad edilməsi,yeniyetmə və gənclər arasında   sağlam həyat tərzinin bliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi və Kontakt Karate idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu bildirmişlər.Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətşilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, 44 günlük Vətən müharibəsində  Azərbaycan vətəndaşlarının,gənclərinin, idmançılarının qəhrəmanlıqlarından bəhs etmiş və yarışda idmançılara uğurlar arzulamışlar.

    Sonra yarışa start verilmişdiir. Yarışlar əsasnaməyə uyğun olaraq Beynəlxalq Kontakt Karate döyüş qaydalarına uyğun 3 versiyada- Kontakt, Kyokuşin kenbukay, Jissenkay  versiyaları üzrə müxtəlif yaş və çəki dərəcələri üzrə aşağıdakı kateqoriya üzrəkeçirilmişdir: 8-9 yaş (2014-2013)  uşaqlar (-25 kq,-30kq,+30kq), 10-11 yaş uşaqlar (2012-2011) uşaqlar ( 30kq, 35kq, 40kq,+40 kq), 12-13 yaşlı (2010-2009) yeniyetmələr (35kq, 40kq, 45kq, 50kq, -55kq, +50 kq), 14-15 yaşlı (2008-2007) yeniyetmələr (40kq, 45kq,50kq, 55kq, 60kq, 65kq, +65kq), 16-17 yaşlı (2006-2005) gənc oğlanlar (- 55kq, 60kq, 65kq, 70kq, -75kq, +75kq).

     Yarışda Bakı şəhəri (5 klub-“Katana”, “Alov”, “Kempo”, “Oyama”, “Qarabağ” İdman Klubları), Astararayon (2 komanda“Seiken” Kyokuşin Karate Klubu, “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubu ), Masallı, Biləsuvar, Cəlilabad, Yardımlı, Lənkaran rayonlarını təmsil edən ümumən 12 idman klubunu təmsil edən 162nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.

    Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Astara Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Kontakt Karate Federasiyasınındiplomları medallar ilə təltif olunmuşlar.