“Zirvə” Beynəlxalq İdman Klubunun Astara şəhərində yerləşən universal və multfunksional  Basketbol arenasında keçirilən Şəhid polkovnik-leytenant Nail Orucovun xatirəsinə həsr olunmuş Kontakt Karate  döyüş növü üzrə uşaqlar,yeniyetmələr və gənclər arasında açıq cənub turnirində  Astara rayonunu təmsil edən “Seiken” Kyokuşin Karate Klubunda  və “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunda müntəzəm təlim məşqlər keçən idmançılariştirak etmiş və yüksək nəticələr qazanmışlar

    Yarışlar əsasnaməyə uyğun olaraq Beynəlxalq Kontakt Karate döyüş qaydalarına uyğun 3 versiyada-Kontakt, Kyokuşin kenbukay, Jissenkay  versiyaları üzrə müxtəlif yaş və çəki dərəcələri üzrə keçirilmişdir.

     Astaralı idmançılardan İbrahim Əliyev ( 55kq ), Süleyman Abbasov ( 50 kq), Ümüd Zeynalov (45 kq),Məhəmməd Məmmədzadə (50 kq), Ramin İbadov (43 kq), İgid Fərəcov ( 30 kq) , Hasil Yusifli ( 29 kq),  Səbinə Səmədzadə (37 kq)  I yerləri, Bayraməli Məmmədov ( 55 kq), Aqşin Məmmədov ( 65 kq), Məhəmmədəli Məmmədov (40 kq), Əli Nurizadə ( 35 kq), Sadiq Kazımlı (25 kq), Mirzə Əliyev ( 48 kq), Şəhriyar Mərufzadə ( 21kq), Murad Məmmədov (52 kq) II yerləri, Elmir Dadaşzadə (35 kq), Məhəmmədəli Hüseynzadə (40 kq), Cəbrayıl Rzayev (55 kq), Mübariz İsmayılzadə (42  kq), Ağasuvar Canizadə (29  kq), Turan Musazadə ( 60 kq), Renat Babayev ( 62  kq) III yerləri qazanmışlar.

      İdmançılarımızı və onların məşqçiləri olanAzərbaycan Kontakt Karate Federasiyasının cənub zonası üzrə təlimatçı-məşqçisi, Federasiyanın nəzdində “Seiken” Kyokuşin Karate Klubunun direktoru, II Dan Qara kəmər ustası Azər Ağazadə və “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III Dan Qara kəmər ustası Zamin Baxşıyevi təbrik edir , onlara yeni nailiyyətlər arzulayırıq.