Astara Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilmişdir.  Tədbirdə Astara RGİİ-nin baş məsləhətçisi Bəhlul Rufullazadə, GİKM-nin Astara nümayəndəliyinin tədbirlər və layihələr üzrə mütəxəssisi Şərqiyyə Məmmədzadə və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Emil Məmmədzadə çıxış edərək, gəncləri Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il  münasibətilə təbrik  etmiş,onlara xoş arzularını bildirmişlər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Astara Pedoqoji Kollecinin tələbəsi Səbinə Qənbərlinin ifasında “Qarabağ” mahnısı ifa olunmuşdur.Onu APK-nin tələbələri-qarmonda Adəm Şahverdiyev, gitarada isə Rövşən Məmmədli müşayiət etmişlər.

Sonra  Aysun İbadlının ifasında “uzundərə” rəqsi ifa olunmuş və bir qrup istedadlı gənc tərəfindən fləşmob nümayiş etdirilmişdir.

Tədbirdə həmçinin əyləncəli səhnəciklər, oyunlar göstərilmişdir.Yekunda oyunlarda fərqlənənlərə hədiyyələr verilmişdir.