NATO üzvlərinin Ukraynaya yeni hərbi və iqtisadi yardım paketinə Fransa və İtaliya tərəfindən tədarük ediləcək yeni hava hücumundan müdafiə sistemləri daxil olacaq və Norveç 7,5 milyard dollar köçürəcək.
Astarainfo.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
Pentaqonun rəhbəri əlavə edib ki, NATO müttəfiqləri Ukraynaya silah təchizatının sinxronlaşdırılması və Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığının standartlaşdırılmasını müzakirə edirlər.