18 fevral 2023-ciüil tarixdə Astara şəhərinin Dənizkənarı Park Bulvar Kompleksnin açıq havada fitnes, turnik, paralel qollar və digər sadə idman qurğularında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər həftə sonu keçirilən “ İdman hamı üçün” layihəsi çərçivəsində rayonda yeniyetmə və gənclər arasında sağlam həyat  tərzini kütləviləşdirmək məqsədilə Astara Rayon Gənclər və İdman İdarəsinin və “Seiken” Kyokuşin Karate Klubunun təşkilatçılığı ilə “Sağlam həyat” devizi ilə Kontakt  karate və Kyokuşin karate idman növləri üzrə etüdlər və “master klas” təşkil olunmuşdur.

Təlim-məşqlərin təşkilində məşqçi-müəllimlərdən Azərbaycan Kontakt Karate Federasiyasının cənub zonası üzrə təlimatçı-məşqçisi, Federasiyanın nəzdində “Seiken” Kyokuşin Karate Klubunun direktoru, II Dan Qara kəmər ustası Azər Ağazadə tərəfindən        “master klass” nümayiş olunmuşdur.