Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Astara rayonunda keçirilən tədbirlərin davamı olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ələt-Astara avtomobil yolunun ətrafında sərv, eldar şamı, dəmir ağacı, palıd və digər ağac növlərindən ibarət ümumilikdə 500-ə qədər ağac əkilmişdir