İclas Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar təşkil olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat vermişdir.

Müzakirənin yekununda təlimlərə tələbatları müəyyən edilən dövlət qulluqçularının cari ildə əlavə təhsilə və təlimlərə cəlb edilməsi, həmçinin yüksək nəticə göstərən dövlət qulluqçularının mükafatlandırılması qərara alınmışdır.

Diskussiya şəklində keçən müzakirələrin sonunda rayon icra hakimiyyətinin başçısı dövlət qulluqçularına müvafiq tapşırıq və tövsiyələrini vermiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.