10 aprel 2023-cü il tarixdə Ceyhun Babayev adına şəhər 3 saylı tam orta məktəbində Azərbaycan  Gənclər və İdman, Müdafiə, Elm və Təhsil, Fövqalədə Hallar Nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarı ilə təsdiq etdilmiş əsasnaməyə uyğun olaraq “Şahin” hərbi idman oyunlarının  Astara rayonu üzrə fianl mərhələsi keçirilçişdir. Turnir Gənclər və İdman İdarəsi,  rayon Təhsil Sektoru, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi, FHN–nin Cənub Regional Mərkəzi, SHXÇDX-nin Astara rayon şöbəsinin  birgə təşkilatçılığı ilə baş tutmuşdur.

Tədbirin açılış mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasının Dövlət Himni  şagirdlər tərəfindən ifa edilmişdir.

Tədbirdə Astara rayon Gənclər və İdman  “Şahin” hərbi idman oyununun rayon birinciliyinin final mərhələsində 5 komanda mübarizə aparmışdır. Qeyd edək ki, rayon birinciliyinin 14 mart 2023-cü il tarixdə keçirilən seçim mərhələsində 14 məktəbin komandası mübarizə aparmış və yüksək nəticə qazanan 5 komanda final mərhələsində iştirak hüququ qazanmışdır.

I yerə Ceyhun Babayev adına  şəhər 3 saylı tam orta məktəbin komandası, II yerə X.Şəkərov adına Tüləküvan kənd tam orta məktəbin komandası , III yerə Siyakü kənd tam orta məktəbin komandası  layiq görülmüşdür. Fərqləndirici yerə Ş.Qasımov adına  şəhər 4 saylı tam orta məktəbin komandası və N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin komandası layiq görülmüşdür

Astara rayon birinciliyinin final mərhələsində fəxri yerləri qazanan komandalar Astara Rayon Gənclər və İdman İdarəsinin, FHN-nin Cənub Regional Mərkəzinin diplomlarına layiq görülmüşlər.Qalib komanda aprel ayının sonunda Lənkaran şəhərində keçirilməsi nəzərdə tutulan respublika zona yarışında Astara rayonunu təmsil etmək hüququ qazanmışlar.