Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, 3×3 qadın milli komandamızla yanaşı, artıq yarışda iştirak edəcək digər seçmə komandaların da adları məlumdur. Almaniya, Çin, Polşa, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3×3 qadın yığma komandaları ilə yanaşı, Çinin “Yuanda” və yerli “Neftçi” klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar.

Qeyd edək ki, FIBA tərəfindən 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında milli komandalarla yanaşı klubların da iştirak etməsinə icazə verilir.

https://womensseries.fiba3x3.com/2023/astara