“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyətin məlumatlandırılması”, “Su təminatının yaxşılaşdırılması sahəsində təkliflərin verilməsi”, “Alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi” məsələlərini əhatə edən tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon icra hakimiyyətinin məsul işçiləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADSEA Azmelsutəsərrüffat ASC-nin, ADSEA Azərsu ASC-nin və KTN Lənkəran Regional Təlim Mərkəzinin nümayəndələri, RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, aidiyyəti idarə və müəssisə rəhbərləri, fermerlər, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısı aparatıının Ərazi idarəetmə və yerli özünüidarə etmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Əkbər Əsgərov, ADSEA Azmelsutəsərrüffat ASC Meliorasiya şöbəsinin məsləhətçisi İbrahim Nəsibli, ADSEA Azərsu ASC 3 saylı Regional Sukanal İdarəsi İstehsalat şöbəsinin rəisi Niyazi Əhmədov, KTN Lənkəran Regional Təlim Mərkəzi Təlimlərin təşkili şöbəsinin müdiri Rahim Bağırov, Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov, Rayon Sukanal Sahəsinin rəisi Anar Baxşiyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov mövzularla bağlı çıxışlar etmişlər.
Çıxış edənlər tərəfinən son dövrlərdə iqlim dəyişikliyi səbəbindən, havaların quraq keçməsi ilə çaylarda, yeraltı mənbələrdə suyun həcminin azalmasına görə əkin torpaqlarının suvarılmasında müəyyən çətinliklər yaratdığını və belə halların qarşısının alınması üçün yerlərdə mövcud su ehtiyatlarından məişətdə və kənd təsərrüfatında səmərəli, qənaətli istifadənin təmin edilməsinin vacibliyi qeyd olunmuş, ənənəvi suvarma sistemlərinin yeni və müasir intensiv suvarma sistemləri ilə əvəz olunması istiqamətində işlərin görülməsi üçün tövsiyələr verilmiş, təkliflər səsləndirilmiş, eyni zamanda təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
O cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılmışdır.