19 may 2023-cü il tarixdə Astara Dənizkənarı Park-Bulvar Kompleksində Astara Rayon Gənclər və İdman İdarəsinin dəstəyi və İsveçrə vətəndaşı Rahel Martina Souderin təşəbbüsü ilə rayonda olan alman turistlərlə  əyləncəli idman oyunları təşkil olunmuşdur.

Əyləncəli idman oyunları-3 mərhələ üzrə-“Kəndirdartma”, “Kisə ilə qaçış”, “Hədəfi aşırma” mərhələləri üzrə keçirilmişdir.  Əyləncəli idman oyunlarına Almaniya vətəndaşları ilə yanaş Astara Dənizkənarı Park-Bulvar Kompleksində istirahət edən yerli uşaqlar və gənclər də qoşulmuşlar.