12 iyun 2023-cü il tarixində Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbində Astara rayon Gənclər və İdman İdarəsinin, Astara rayon Təhsil Sektorunun birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş Voleybol üzrə məktəb komandaları arasında rayon turniri keçirilmişdir.

Tədbirdə Astara RGİİ-nin aparıcı məsləhətçisi Ələskər Əskərov, Lənkaran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil Sektorunun Çağırışa qədər hazırlıq və Fiziki tərbiyə üzrə metodisti Rasim Cəfərov, Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Afət Əkbərov çıxış etmişlər.

Yarışda 8 məktəb komandası – Astara şəhər 2 saylı ,3 saylı,6 saylı və 7 saylı tam orta məktəblərin, Kijəbə qəsəbə, Suparıbağ, Təngərüd və Səncərədi kənd tam orta məktəblərin komandaları  mübarizə aparmışlar.

Yekunda I yerə N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin komandası , II yerə Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəb komandası və III yerə A.Hüseynov adına Suparıbağ kənd tam orta məktəb komandası layiq görülmüşlər.

Fəxri yerləri qazanan komandalara Astara RGİİ-nin diplomları təqdim olunmuşdur.