Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Astara Rayon Heydər Əliyev Mərkəzində “Turizm sahəsində mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

“Müxtəlif turizm növlərinin norma və qaydalar çərçivəsində inkişaf etdirilməsi”, “Turizm xidmətlərin təkmilləşdirilməsi”, “Müxtəlif növ turizm subyektləri arasında əməkdaşlığın təşviqi”, “Kənd turizminin inkişaf etdirilməsi üçün əhali arasında maarifləndirmə” məsələlərini əhatə edən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, rayon icra hakimiyyətinin məsul işçiləri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələr, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, Astara rayonu ərazisində turizm sektorunda fəaliyyət göstərən sahibkarlar, qonaq evi sahibləri iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev, rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdir müavini Aqil Əhmədov, Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının nümayəndəsi Rəşadət Cəlalov, KOBİA-nın Astara rayonu üzrə nümayəndəsi Seymur Murtuzayev, İqtisadiyyat Nazirliyinin Lənkəran Regional bölməsinin müdir müavini Elvin Nəhmədli, Kapital Bank ASC-nin Astara rayon filialının nümayəndəsi Kamran Əliyev mövzularla bağlı çıxışlar etmişlər.

Tədbir iştirikaçılarına turizm sektorunun inkişafının dövlətin iqtisadi siyasətinə təsiri, eyni zamanda Astara rayonunun mövcud turizm potensialı, o cümlədən çimərlik turizminin, ekoturizmin, kənd turizminin və digər turizm növlərinin inkişaf etdirilməsi, bu sahədə görülmüş və görülə biləcək işlər barəsində, həmçinin turizm sahəsinin inkişafı üçün qanunvericilikdə nəzərdə tutulan dövlət dəstəkləri, güzəştli kredit şərtləri, aktivlərlə təmin olunma və s. kimi mövzular ətrafında geniş və maarifləndirici çıxışlar edilərək məlumatlar verilmiş, Astara rayonunda turizm sektorunda mövcud olan nöqsanlar səsləndirilmiş, tədbir iştirakçılarının fikir və təklifəri dinlənilmiş, onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.

Tədbirdə mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilmişdir.