Vətən müharibəsi iştirakçısı, ehtiyyatda olan kapitan Məmmədov Mayis Məmməd oğlu Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əllilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətən naminə” medalı ilə təltif olundu. Məlumat üçün qeyd edim ki, kapitan Məmmədov Mayis Vətən müharibəsində könüllü döyüşlərə yollanan qəhrəmanlarımızdan biridir. Fizuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Cənab prezident İlham Əliyev tərəfindən “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur. Hazırda Mayis Məmmədov Astara rayon Pəlikəş kənd tam orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstərir.