Yağan güclü yağışlar nəticəsində sel suları Pensər-Taxtanakəran-Toradi avtomobil yolunun 5-ci km-də Vaqo kəndində yerləşən, uzunluğu 25 metr, eni 10 metr olan dəmirbetor körpünü dağıtmış, Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 9400 nəfər əhalisi olan 24 kəndi, Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2850 nəfər əhali olan 10 kəndi, Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2750 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 15000 nəfər əhalinin yaşadığı 40 kənd ilə əlaqə kəsilmişdir. Ərazidə heç bir alternativ yol yoxdur.

700 nəfər əhalisi olan Siyakeş kəndində Pensərçay üzərində yerləşən, uzunluğu 10 metr, eni 4 metr olan dəmir körpünü aparmışdır.

Taxtanakəran-Toradi avtomobil yolunun 10-cu km-dən başlayaraq torpaq sürüşmələri baş vermiş və yolu bağlamışdır. Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2807 nəfər əhali olan 10 kəndi, Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2700 nəfər əhalisi olan 6 kəndi, ümumilikdə 5507 nəfərin yaşadığı 16 kəndlə əlaqə kəsilmişdir.

Kijəbə-Pəlikəş avtomobil yolunun 11-ci km-dən başlayaraq bir neçə hissəsində torpaq sürüşməsi baş vermiş və yol bağlanmışdır. Hazırda 7170 nəfər əhalisi olan Pəlikəş kənd inzibati ərazi dairəsinin 13 kəndi ilə əlaqə kəsilmişdir.

18 sentyabr 2023-cü il 8:30-da Ərçivan çayı daşmış, Ərçivan qəsəbəsində 160 ev və həyətyanı torpaq sahəsi su altında qalmışdır.

Züngüləş kəndində sel suları 5 nəfərin həyatyanı torpaq sahəsini basmışdır.

Züngüləş kəndində Bəndəsər yaşayış massivində yerləşən Astara kiçik su elektrik stansiyasının su anbarı üçün partlama təhlükəsi yaranmışdır. Hazırda su bəndin üst hissəsində təqribən 2 metr hündürlükdə daşmaqdadır.

Şiyəkəran kəndində Pensərçay üzərində yerləşən, uzunluğu 42 metr, eni 1 metr və uzunluğu 54 metr, eni 1 metr olan 2 ədəd asma dəmir körpünü aparmışdır.