Göyçay Olimpiya İdman Kompleksində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Savat Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Savate idman növü üzrə keçirilən açıq turnirdə idmançılarımız yüksək nəticələr qazanmışlar.

“Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunda müntəzəm təlim məşqlər keçən astaralı idmançılar klubun direktoru və məşqçisi, II Dan Qara kəmər ustası Zamin Baxşıyevin rəhbərliyi ilə turnirdə iştirak etmiş və uğurlara imza atmışlar.

Turnirdə iştirak edən idmançılarımızdan İmaməliyev Məhəmmədəli I yeri, Zeynalov Ümid  I yeri,  Məmmədli Fatimə I yeri, Musazadə Turan  III yeri, İsmayılzadə Mübariz III yeri qazanmışlar.

İdmançılarımıza uğurlar arzulayırıq