Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən rayon mərkəzinə gedən əsas yol yenidən asfaltlanacaq.  Belə ki, rayonun Çayoba kəndindən başlayaraq Ələt-Astara avtomobil yolunun 217-ci kilometrindən 243 cü kilometrinədək olan hissəsi əsaslı təmir olunur. Məlumat üçün bildirək ki, rayonun əsas magistral avtomobil yolu hələ ötən əsrin 60-ci illərində salınmış, bu günə kimi əsaslı təmir olunmamışdır. Yollarda yaranan çalalar avtomobillərin normal hərəkəti üçün çətinliklər yaradır, bu da sürücülərin və rayon sakinlərinin narahatlığına və narazılığna səbəb olurdu.

Cənab Prezidentin bu yolun əsaslı təmiri ilə əlaqədar vəsait ayırması rayon sakinlərinin böyük sevincinə səsbəb olmuşdur.

Çayoba kənd sakini Sərraf Axundov qeyd etdi ki, 30 il ərzində erməni vandallarının Qarabağda talan etdiyi, viran qoyduğu şəhər və kəndlərimizin sürətli bərpası getdiyi bir zamanda cənab Prezidentin rayonumuzla bağlı verdiyi bu sərəncamı ürəkdən alqışlayırıq. Təkcə rayonumuzda deyil, respublikamızın digər bölgələrində də həyata keçirilən sosial layihələr dövlətimizin nə qədər böyük iqtisadi gücə malik olduğunun göstəricisidir.  Bütün kənd sakinləri adından bu yüksək diqqət və qayğiya görə cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Təngərüd kənd sakini Racib Zahidov sevincini belə ifadə etdi: – Müzəffər Ali Baş Komandan İlham Əliyev 30 il həsrətində olduğumuz doğma torpaqlarımızı qaytardığna görə, bizə böyük qələbənin sevincini yaşatdığına görə bütün xalqımızın ürəyində özünə Qalib Sərkərdə heykəlini ucaltmışdır. Cənab Prezidentimizə sevgimiz hədsizdir. Bu qədər çətin bir dönəmdə vətəndaşlarının problemlərini bir an belə unutmayaraq həlli barədə sərəncamlar imzalaması olduqca təqdirəlayiqdir. Yollarımızın əsaslı təmiri ilə əlaqədar verilən sərəncamı alqışlayır, bütün sakinlərimiz adından cənab Prezidentimizə hədsiz minnətdarlığımızı bildirirk.

Ələt -Astara avtomobil yolunun yolunun 217-ci kilometrindən 243 cü kilometrinədək olan hissəsinin əsaslı təmiri üçün ilkin hazırlıq işlərinə başlanmışdır. Çayoba, Pensər, Təngərüd və Maşxan kəndlərindən başlayaraq yolun üzərində olan suötürücü kanallarda köhnə borular yenisi ilə əvəz olunmuş, yol kənarları genişləndirilmişdir. Hazırda işlər davam edir.