11 oktyabr 2023-cü il tarixində Astara Rayon Heydər Əliyev Mərkəzində Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən “Uşaqların təhsildən yayınması və baxımsızlığı insan alverinə şərait yaradan səbəblərdən biri kimi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.

Dəyirmi masada Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov, Mərkəzin kargüzarı Mətanət Rəhimova, rayon icra hakimiyyəti başçısı aparatının böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Fikrət Talıbov, RİHB aparatının aparıcı məsləhətçi- komissiyanın məsləhətçi-psixoloqu Günel Lətifzadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon sektorunun metodisti Baloğlan Əliyev, rayon icra hakimiyyəti yanında İctimai Nəzarət Şurasının sədri Xəlil Lətifov, Əmək və Silahlı Qüvvələri Veteranları Şurasının sədri Rafiq Əliyev və rayonun ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişlər.

Dəyirmi masa rayon icra hakimiyyəti başçısı aparatının böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Fikrət Talıbovun nitqi ilə açıq elan edilmişdir.

Dəyirmi masa iştirakşıların qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, uşaqların təhsildən yayınması, erkən nikah, narkomaniya və bunların səbəb olduğu insan alveri probleminin aktuallığı və onun həll yolları barədə ətraflı müzakirələr aparılmış, çıxış edənlərin təklifləri dinlənilmişdir.