Astara şəhər 5 saylı tam orta məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Sağlam həyatı sevirik, narkomaniyaya yox deyirik” və “Erkən nikahlar və qohumlararası nikahın fəsadları” mövzularında maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin şagirdləri, müəllimləri və digər nümayəndələr iştirak etmişlər.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi İqrar Cəfərov , Astara şəhər 5 saylı tam orta məktəbin direktoru Arzu Əhmədova və digər şəxslər çıxış edərək seminarın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı (2019-2024-ci illər)”nın, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın müvafiq maddələrinin yerinə yetirilməsi, sağlam həyat tərzinin təbliği və tərənnüm edilməsi olduğu qeyd edilmişdir. Keçirilən maarifləndirici seminar yüksək qiymətləndirilmiş, narkomaniyanın və erkən nikahların yaratdığı problemləri sadalanmış, gənclərə dəyərli tövsiyyələr verilmişdir.

Yekunda “Sağlam həyat tərzi” mövzusunda videoçarx nümayiş olunmuşdur.