2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 178469,0 min manatlıq, o cümlədən 89091,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 89377,2 min manatlıq qeyri-ərzaq malları satılmışdır. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 1,2 faiz artmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə  isə 0,8 faiz  azalmışdır.

İstehlak məhsullarının dəyərinin hamısı qeyri-dövlət təsərrüfat subyektləri, o cümlədən 9,8 faizi  hüquqi şəxs statuslu  müəssisələr  tərəfindən  satılmışdır.

2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5 faiz azalmış, fərdi sahibkarlar üzrə 0,3 faiz, bazar və yarmarkalarda isə 8,1 faiz artmışdır.

Hesabat  dövründə  pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 178,4 manatlıq və ya 2022-ci  ilin  müvafiq dövrü ilə  müqayisədə 17,0 manat çox əmtəə almışdır.

2023-cü ilin yanvar-sentyabr aylarında alıcıların istehlak məqsədilə aldıqlara mallara xərclədiyi vəsaitin  49,9  faizi  ərzaq  məhsulları, içkilər və tütün  məmulatlarının, 50,1 faizi isə qeyri- ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində  bir rayon sakini  orta hesabla ayda 89,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 89,3 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

Vasif  Həsənov,

Astara Rayon Statistika İdarəsinin rəisi