2023-cü ildə  rayonda 235,8 hektar sahədə çəltik əkini aparılmış və sahələrdən967,6ton çəltik yığılmışdır.

Rayonda çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları  bu il məhsuldar“Haşimi”,Qara çəltik”,“Həsəni” və “Apola” növlərinə daha çox üstünlük vermişlər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər aparılmış, zərərvericilərə qarşı tədbirlər görülmüşdür.

Bütün bunlar  məhsuldarlığa müsbət təsir göstərmiş və çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 41,0 sentner olmuşdur.

Qeyd edək ki, 2022-ci ildə Astara rayonunda 202,1 hektar sahədə çəltik əkini aparılmış və sahələrdən 841 ton çəltik məhsulu götürülmüşdür.

Vasif  Həsənov,

Astara  Rayon  Statistika İdarəsinin rəisi