Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə müxtəlif regionlarda fəaliyyət göstərən media subyektlərinin 100-dən çox nümayəndəsinin Azərbaycanın mədəniyyət paytaxtı və qədim şəhəri Şuşaya səfəri baş tutmuşdur.

Səfər çərçivəsində cənub zonasından da jurnalistlər və media nümayəndələri səfərdə iştirak ermişlər

Jurnalistlər Şuşada tarixi-mədəni abidələrlə, erməni təcavüzünə məruz qalmış məscidlərlə və şəhərin görkəmli yerləri ilə tanış olublar. Media nümayəndələri Yuxarı Gövhərağa məscidinə, “Bazarbaşı” meydanına, Vaqifin məqbərəsinə və digər mühüm yerlərə baş çəkmişlər.

Sonda Cıdır düzünə gələn media nümayəndələri buradan açılan əsrarəngiz mənzərəni seyr etmişlər.