31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə “Dünya azərbaycanlılarının həmrəyliyi Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi” mövzusunda sərgi və tədbir

28 dekabr 2023-cü il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində Astara rayon S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə “Dünya azərbaycanlılarının həmrəyliyi Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi” mövzusunda sərgi və tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açmış, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü“ mövzusunda film nümayiş olunmuşdur.

Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü—Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Bütün bu nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli Liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir.

Mövzu ətrafında Xəyalə Zahidova, Fatimə Gənciyeva, Yunus Mehrəliyev, Əli Gənciyev, Məleykə Əsgərova, Günay Əliyeva, Əli Qasımov, Muradəli Həbibzadə, Məryəm Dadaşzadə, Vəfadin Mahmudzadə, Könül Məlikova cıxış etmişdir.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin Elektron kitabxanasında saxlanılan kitabların və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən təşkil olunmuş sərgiyə baxmışlar.