​Astara raryon İcra Hakimiyyəti və Karvan Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən müharibəsi şəhidlərinin, əlillərinin və iştirakçılarının övladları üçün bayram tədbiri keçirilmişdir.​

Əsas məqsəd uşaqların asudə vaxtının maraqlı və səmərəli keçirilməsidir. Bu məqsədlə tədbirlərdə müxtəlif proqramlı əyləncəli oyunlar, viktorinalar təşkil olunub. Sonda isə uşaqlara Şaxta Baba tərəfindən hədiyyələr təqdim edilib.