08 yanvar 2024-cü il tarixində M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektoru, Astara rayon Təhsil sektoru  ilə birgə“Lənkəran şəhəri 2024-cü il Azərbaycanın və Türk Dünyasının Gənclər paytaxtıdır”  mövzusunda məktəblilərlə görüş keçirilmişdir.

Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri  İqrar Cəfərov, M.Ə.Sabir adına Astara şəhər 1 saylı  tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Əsmər Əliyeva, məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəri Fəridə Nəsirova  çıxış edərək mövzu ətrafında çıxış edərək məktəblilərə geniş məlumat vermişlər.

Çıxışlarda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə təsdiq etdiyi Tədbirlər Planı, məktəblərdə keçirilən maariflənmə tədbirləri, gənclərlə iş və idman sahəsində qazanılan nailiyyətlər barədə təmini məqsədilə müxtəlif istiqamətlərdə davamlı olaraq zəruri tədbirlərin həyata keçirilməsi barədə geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 8-9 noyabr 2023-cü il tarixlərində İsmayıllı rayonunun Basqal qəsəbəsində keçirilən Türk Dövlətləri Təşkilatı Gənclər və İdman nazirlərinin yeddinci iclasında gənclər və idmana cavabdeh qurumların təklifləri nəzərdən keçirilib və Lənkəran şəhəri “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklifi razılaşdırılıb. “Paytaxt İli” çərçivəsində Türkdilli dövlətlərin nümayəndələrinin iştirakı ilə Gənclər Platforması, Gənc Liderlər Forumu və Gənc Sahibkarların Forumu kimi tədbirlərin keçirilməsi planlaşdırılır. Əlavə olaraq bildirilmişdir ki, hələ -2022-ci ilin sonunda Gənclər və İdman Nazirliyinin keçirdiyi müsabiqədə Lənkəran şəhəri 2024-cü ildə Azərbaycanın “ Gənclər Paytaxtı” seçilmişdir. Qeyd edək ki, Azərbaycanın daha bir şəhəri – Şuşa isə İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.

Ona görə də  cənub regionunda 2024-cü il ərzində gənclərlə iş və idman sahəsində maraqlı və yaddaqalan tədbirlər xeyli artacağını nəzərə alaraq,  tədbirlərdə yeniyetmə və gənclərin fəal iştirakına nail olunması vacibdir. Məqsəd mənəvi və fiziki cəhətdən sağlam nəslin yetişdirilməsi, onların harmonik inkişafa nail olunması,  sağlam  vətəndaş  tərbiyə edilməsinə dəstək olmaqdır.

Yekunda “Lənkaran şəhəri 2024-cü il Azərbaycanın və Türk Dünyasının Gənclər paytaxtıdır” adlı videoçarx nümayiş olunmuşdur.