30 yanvar 2024-cü il tarixində N saylı hərbi hissəsində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə sektorunun, Astara Sərhəd Komendantlığının birgə təşkilatçılığı ilə “Gənclər həftəsi” çərçivəsində ”Vətən sərhəddən başlayır” mövzusunda sərhədçi əsgərlərlə görüş keçirilmişdir.

Görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Astara rayonu üzrə sektorunun baş məsləhətçi İqrar Cəfərov, Astara Sərhəd Komendandantlığının , komendant müavini Amid Ağayev çıxış etmiş, əsgər və zabitlərə hərbi xidmətdə uğurlar arzulamış, 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə onları təbrik etmişlər. Qeyd olunmuşdur ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hərbi quruculuq, dövlət sərhədlərinin müdafiəsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, çağırışçı gənclərin vətənpərvərlik tərbiyəsi və orduya hazırlığı, digər sahələrdə inkişaf dövlətimizin davamlı və uğurlu inkişafını təmin etmişdir.

Sonda gənc əsgərlər “Dövlət sərhədlərinin qorunması və hərbi xidmətdə fərqləndiyinə görə” Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin “Təşəkürnamələri” ilə təltif olunmuşlar.