2023-cü ildə Astara rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri)  məhsul buraxılışı və xidmətlərin  həcmi əvvəlki ilə nisbətən 6,2 faiz azalaraq 273621,1 min manat olmuşdur. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə  düşən  dəyəri 2459,7 manat təşkil etmişdir.

Məhsul və xidmətlərin 45,4 faizi kənd  təsərrüfatı, meşə təsərrüfatı  və balıqçılıq, 30,5 faizi  ticarət;  nəqliyyat vasitələrinin təmiri, 12,4 faizi sənaye,  8,3 faizi tikinti, 2,9  faizi nəqliyyat və anbar təsərrüfatı, 0,5 faizi  informasiya və rabitə sahələrində istehsal edilmişdir.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərd isahibkarlar tərəfindən 2023-cü ildə 33969,1 min manatlıq və ya əvvəlki illə müqayisədə 2,5 faiz çox  sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 30,5 faizi emal sektorunda, 68,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsa lolunmuşdur. Sənayedə qeyri-dövlət  sektorunun payı 30,5 faiz  olmuşdur.

Emal sənayesində  istehsalın  həcmi 30,6 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  istehsalın həcmi 1,1 faiz  artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 13,4 faiz azalmışdır. İstehsal edilmiş sənaye məhsulunun böyük  hissəsi  istehlakçılara  göndərilmiş, əvvəlki dövrlərdə  yaranmış ehtiyatlar da nəzərə  alınmaqla  sənaye  müəssisələrinin  anbarlarında  01 yanvar 2024-cü il vəziyyətinə 867,2  min manatlıq hazır  məhsul olmuşdur.

Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmışdır. 2023-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 2711,4 ton və ya 2022-ci ilə nisbətən 11,5 faiz çox dənli və dənli paxlalıbitkilər, 7616,9 ton (2,9 faiz az) kartof, 28549,8 ton (1,9faiz az) tərəvəz, 4084,0 ton (1,2 faiz az) bostan məhsulları,64615,0 ton (4,8 faiz çox) meyvə və giləmey və, 23,2 ton (10,8 faiz az) üzüm, 708,5 ton (6,9 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.

2023-cü ildə diri çəkidə 3694,0 ton ət, 25332,1 tonsüd, 10749,0 min ədəd yumurta, 28,3 ton yun, 480,8 kqbarama istehsal olunmuşdur. 2022-ci illə müqayisədə ət istehsalı1,0 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 2,0 faiz, yunistehsalı 1,1 faiz, barama istehsalı isə 29,1 faiz artmışdır.

2022-ci illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,9 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 9,4 faiz, bitkiçilik məhsulları istehsalı 3,1 faiz artmışdır.

2023-cü ildə əsas kapitala 24700,4 min manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 54,5 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 22665,4 min manatı və ya 91,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinəyetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2023-cü ildə 1143,0 min ton yük və 7224,0 min sərnişin daşınmışdır. 2022-ciillə müqayisədə yük daşınması 11,4 faiz, sərnişin daşınması isə 21,8 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 1304,6 min manatlıq xidmətlərin 85,0 faizi əhali sektoruna aid olmuşdur. 2023-cü ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2022-ci illə müqayisədə 8,0 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 96,4 faizi dövlət sektorunun payına düşmüşdür.

2023-cü ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 260700,0 min manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 38445,0 min manatlıq ödənişli xidmət        göstərilmişdir.

2022-ci illə müqayisədə əmtəə dövriyyəsi 0,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 12,0 faiz artmış, ticarət şəbəkəsində 134489,5 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 126210,5 min manatlıq qeyri-ərzaqmalları satılmışdır.

2023-cü ildə istehlak qiymətləri indeksi 2022-ci illə müqayisədə 110,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,0 faiz, qeyri-ərzaq malları üzrə 109,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 108,8 faiz təşkil etmişdir.

2023-cü ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artaraq 588,2 manata  çatmışdır.

2023-cü ilin yanvar-dekabr aylarında əhalinin sayı 592 nəfər və ya 0,5 faiz artaraq 2024-cü il yanvar  ayının 1-i vəziyyətinə 111536 nəfərə çatmışdır.

                                                                                                   Şövqiyyə Məmmədova,

Astara  Rayon Statistika İdarəsinin rəis müavini