Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kəndində əhali ilə səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq fevralın 7-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində fəal iştirak edərək düzgün seçim apardıqlarına görə onlara minnətdarlıq etmişdir. Bildirmişdir ki, xalqımız, o cümlədən astaralılar hələ 1993-cü ildən başlayaraq öz seçimini etmiş, həmişə Ulu Öndəri, Yeni Azərbaycan Partiyasını dəstəkləmiş, bu gün də cənab Prezident İlham Əliyevə səs verməkləHeydər Əliyev siyasətinə daim sadiqolduqlarını nümayiş etdirmişlər. Xalqımız bu seçimi etməklə əslində növbəti illər üçün Azərbaycanın uğurlu inkişafına, tərəqqisinə, etibarlı gələcəyinə, təhlükəsizliyinə səs verdi. İnanırıq ki, suverenliyini tam bərpa etmiş güclü Azərbaycanımız bundan sonra da tərəqqi yollarında inamla addımlayacaq.
Son illər rayonumuzun hər yerində olduğu kimi Siyaku nümayəndəliyinin ərazisində də xeyli işlər görülmüşdür. Bir neçə kəndi birləşdirən Siyaku-Miki, Siyaku-Toradi avtomobil yollarının asfaltlaşdırılması ilə ərazinin ən böyük problemi həllini tapmışdır. Əvvəllər qış aylarında dağ kəndləri ilə əlaqə kəsilir, orada yaşayan əhali böyük problemlərlə üzləşirdi. İndi 40-45 dəqiqəyə rayonun ən ucqar Toradi kəndinə getmək mümkündür. Siyaku, Vaqo, Rinə, Şağlazüzə, Miki kənd tam orta məktəbləri və Marzəsə kənd ümumi orta məktəbi üçün müasir tipli yeni binalar tikilmiş, qazlaşdırma aparılmış, yeni avtomobil körpüləri inşa edilmiş, sahilbərkitmə işləri görülmüşdür. Bu il nümayəndəliyə daxil olan bütün yaşayış məntəqələrininelektrik təsərrüfatının SİP kabelləşməsi və Sığaloni, Marzəsə kəndlərinə təbii qaz xəttinin çəkilişi aparılacaq, internet şəbəkəsi genişləndirilməklə yenilənəcəkdir. Eyni zamanda Təngərüdçayda sahilbərkitmə işlərinin aparılması da planlaşdırılmışdır.Hazırda rayonumuzun yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı iki böyük layihənin icrasına başlanmışdır. Astara-Çayoba magistral avtomobil yolunun əsaslı təmiri ilə yanaşı yolu olmayan Dürriyə, Şümrüd kəndlərinə də avtomobil yolunun çəkilişi davam edir. Bütün bunlar cənab Prezident İlham Əliyevin imzası ilə həyata keçirilir.
Son illər ərazidə kənd təsərrüfatının inkişafı, xüsusən də, sitrus bitkilərinin əkilməsində böyük irəliləyiş vardır. Sitrus sahələri ildən-ilə genişlənir. Bu da sakinlərin ailə büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynayır.
Bu gün Azərbaycanımız heç vaxt olmadığı qədər güclüdür. Müzəffər Ali Baş Komandan və qəhrəman əsgərlərimiz sayəsində bütün torpaqlarımız işğaldan azad edilib. Dövlətimizin suverenliyi tam bərpa olunub. Cənab Prezidentin 7 fevral tarixində keçirilən Prezident seçklərində ailəsi ilə birlikdə Xankəndi şəhərində səsvermədə iştirak etməsi bizi hədsiz qürurlandırdı.
Hazırda erməni vandallarının viran qoyduğu Qarabağ torpağında sürətli tikinti-quruculuq işləri aparılır. Tamamilə dağıdılmış, talan edilmiş kəndlər, şəhərlər bütövlükdə yenidən tikilir. Böyük qayıdışın ilkin mərhələsi başlanmış, soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. Müzəffər Prezidentimizin rəhbərliyi və dövlətimizin gücü ilə Qarabağda bütün yaşayış məntəqələrimiz tədricən bərpa olunacaq və soydaşlarımız doğma yurdlarına qayıdaraq təhlükəsiz yaşamağa davam edəcəklər.
Görüş iştirakçıları çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin bərpa edilməsi, uğurlu inkişafından qürurla danışaraq, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar görülən işlərdən razılıq etmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıqlarını bildirmişlər. Sakinlər Vaqo-Binabəy yolunun asfaltlaşdırılmasına, ərazidə Təcili Tibbi Yardım məntəqəsinin və Yanğından Mühafizə məntəqəsinin yaradılmasına, Siyaku kəndinə qəsəbə statusunun verilməsi, sahilbərkitmə işlərinin aparılmasına, məktəbin qarşısında sürət həddini azaldan tramplin qoyulmasına,məhəlləyə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti üzrə tapşırıqlarını vermişdir.