2023-cü ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,5 faiz artaraq 33969,1 min manat təşkil etmişdir.

Sənaye məhsulunun 30,5 faizi emal, 68,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 30,5 faiz olmuşdur. Ümumi istehsalın 79,5 faizi sənaye məhsullarının istehsalı, 20,5 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2024-cü il vəziyyətinə 867,2 min  manatlıq  hazır məhsul  olmuşdur.

Emal sənayesində  ev təsərrüfatlarında sənaye məhsulu istehsalının, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərinişinin qiymətləndirilməsi  də nəzərə alınmaqla 10364,1minmanatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmış və keçən  ilə nisbətən  30,6 faiz artım  olmuşdur.

Bu dövrdə natura ifadəsində 59,5 ton çay, 43,2  ton  balıq  məhsulları, 28,7 min dkl meyvə  şirələri,  39,5  ton qaymaq,  xama, 141,6  ton kərə yağı, 241,2  ton pendir  və kəsmik,   6006,9  ton çörək, 261,2 ton unlu qənnadı məmulatları, 16,1 ton  emal  edilmiş mərmər istehsal olunmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2023-сü ildə 23386,2 min manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, əvvəlki illə müqayisədə 1,1 faizlik artım müşahidə olunmuşdur.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 218,8 min manat təşkil etmişdir.

 Şövqiyyə  Məmmədova,

Astara Rayon Statistika İdarəsinin rəis müavini