2024-cü il yanvarın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 8565 nəfər olmuş, onlardan 6161 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2404 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 40,6 faizi təhsil, 19,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi sənaye, 11,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,0 faizi tikinti, 6,7 faizi dövlət idarə etməsi və müdafiə; sosial təminat, 3,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,3 faizi peşə, elmi və texniki fəaliyyət, 4,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 7,4 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2023-cü ilin ilkin məlumatlarına əsasən rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 10,9 faiz artaraq 589,1 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində ortaaylıq nominal əmək haqqı daha yüksək olmuşdur.

Şövqiyyə Məmmədova,

Astara  Rayon Statistika İdarəsinin rəis müavini