Astara şəhər 5 saylı tam orta məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil sektorunun birgə təşkilatçılığı və Astara gənclər evinin dəstəyi ilə“Peşəmizi seçək ” mövzusunda peşə seçimi və ixtisas bələdçiliyinə həsr olunmuş   təlim keçirilmişdir.

Tədbirdə əvvəlcə “Peşələr aləmi” mövzusunda videoçarx nümayiş olunmuşdur.

Daha sonra Astara rayonu üzrə  gənclər və idman sektorunun baş məsləhətçiləri İqrar Cəfərov və Bəhlul Rufullazadə, Astara Gənclər Evinin direktoru Nigar Əbilova, Astara şəhər 5 saylı tam orta məktəbin dərs hissə müdiri Telman Rəhmanov, Uşaq Birliyinin Rəhbəri Zülfiyyə Novruzova çıxış etmişlər.

Çıxışlarda  ölkəmizdə peşəyönümlü təhsilə verilən önəm, bu təhsil növünün üstünlükləri, eləcə də “Kim olmalı?”, “Gələcək karyeranı necə qurmalı?”, “Necə olmalı?”, “Hansı bacarıqlara malikəm?”, “Özünü sına!” alt mövzularında gənclər maarifləndirilmişdir. Qeyd olunmuşdur ki, ölkədə 72 peşə təhsili müəsisəsində 120 ixtisas üzrə peşələr öyrədilir, yüksək texniki peşə təhsili üzrə 860 nəfər, ilk peşə təhsili üzrə 3000-dən yuxarı və texniki peşə təhsili üzrə 19000-dən artıq şagird təhsil alır.