Astara rayon Çayoba kənd tam orta məktəbində Astara Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar və onların fəsadları” mövzularında tədbir keçirilmişdir.

Tədbiri Astara RPŞ-in XÜ rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev açıq elan etmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimi Fuad Səmədov, rayon Polis Şöbəsinin YYÇPİTQ-in İnspektoru polis leytenantı İxtiyar Arizzadə, məktəbin direktoru Sərraf Əhmədov mövzu ilə əlaqədar çıxış etmişlər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilmiş, iştirakçıların sualları dolğun cavablandırılmışdır.