13 mart 2024-cü il tarixində rayon icra hakimiyyətinin inzibati binasında Astara Rayon İcra Hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin təşəbbüsü ilə “Rayonda 2023-cü ildə qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələr”, “Rayonda qeyri-rəsmi məşğulluğun səviyyəsinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi”, “Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində maarifləndirmə və təbliğat işlərinin artırılması” və “Büdcə intizamı və büdcə nəzarəti sahəsində tədbirlərin görülməsi” mövzularında növbəti tədbir-müşavirə keçirilmişdir.
Tədbirdə Astara rayonu üzrə İƏD üzrə nümayəndələr, rayon bələdiyyə sədirləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
RİH başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyevin sədirliyi ilə baş tutan tədbirdə rayon icra hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov, Astara Rayonu üzrə Maliyyə Şöbəsinin Gəlir və xərclərin proqnozlaşdırılması şöbəsinin sektor müdiri Rövşən Hacıyev, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Turan Cavadov, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunun müavini Tağı Şirinov, Lənkəran-Astara Regional Məşğulluq Filialının Astara xidmət şöbəsinin böyük mütəxəssisi Rəşadət Calalov, Lənkəran Regional Miqrasiya İdarəsinin əməkdaşı Sahib Axundlu, Rayon Statistika İdarəsinin rəis müavini Şövqiyyə Məmmədova, Astara KOB dostu Seymur Murtuzayev və Rayon Polis Şöbəsinin İTB-nin Baş Leytenantı Rail Rəhimov iştirak etmiş, mövzular ilə bağlı çıxışlar etmişlər.
İclasda qeyri-formal məşğulluğun qarşısının alınmasına dair görülmüş işlər, alınan nəticələr və mütərəqqi təkliflər səsləndirilmiş, tədbir iştirakçılarına qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ətraflı məlumatlar verilmiş, o cümlədən iştirakçıların fikir və təklifləri dinlənilmiş, onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.
Astara Rayonu üzrə Maliyyə Şöbəsinin Gəlir və xərclərin proqnozlaşdırılması şöbəsinin sektor müdiri Rövşən Hacıyev “Büdcə intizamı və büdcə nəzarəti sahəsində tədbirlərin görülməsi” mövzusunda çıxış edərək dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsinin dövlət büdcəsi vasitəsilə maliyyələşdirildiyini bildirmiş, ümumiyyətlə, dövlət būdcəsinin dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində xüsusi rolunun əvəzedilməzliyi haqqında ətraflı izahatlar vermiş və maarifləndirici fikirlər səsləndirmiş, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, özəl şirkətlər, fermerlər, fiziki şəxslər və bələdiyyələr büdcə daxilolmalarına, işsizlikdən sığorta fonduna ödənişlərinə və dövlət sosial-sığorta ayırmaları məbləğlərinə münasibətdə diqqətli olması və bu istiqamətdə köçürmələrin vaxtında aparılmasını təmin edilməsinin vacibliyini qeyd etmişdir.