Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən respublikamızda 2024-cü il ” Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bu Sərəncamın yerinə yetirilməsi ilə əlaqədar Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Bakı şəhəri “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin və Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə rayonda “Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” adlı ikinci çay festivalı keçirilmişdir.

Bu məqsədlə Astara Uşaq-Gənclər İnkişaf Mərkəzində “Qala” konserti təşkil olunmuşdur. Tədbirdə “5 nömrəli Bakı şəhəri və Astara Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin dərnək üzvləri Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayon üzrə təhsil sektorunun nümayəndələri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. “Qala” konsertində  rəqslər, müsiqilər ifa olunmuş, ustad dərslər keçirilmişdir. Daha sonra Astaraçay MMC-nin Çay muzeyinə ekskursiya təşkil olunmuşdur.