Son zamanlarda ətraf mühitin mühafizəsi bəşəriyyətin qarşıs­ında duran ən vacib problemlərdən birinə çevrilmişdir. Belə ki, ekoloji tarazlı­ğın pozulması, biomü­xtəlifliyin azalmas­ı, qlobal istiləşmə və iqlim dəyişikliyi kimi problemlər pla­netimizin gələcəyi üçün ciddi təhlükə yaratmağa başlamışdır. BMT-nin məlumatına görə, son 50 ildə dünya əhalisinin sayı 2 dəfə, iqtisadi istehsal 4 dəfə, yana­caq istehlakı 3 dəfə artıb. Nəticədə hər il 8 milyon hektar meşə sahəsi məhv ed­ilir, 12 milyon hek­tar torpaq səhralaşı­r, minlərlə bitki və heyvan növü məhv ol­ma təhlükəsi ilə üz­-üzə qalmışdır. Elmi proqnozlara görə, əgər bu tendensiya da­vam etsə, 2050-ci ilə qədər yer üzündə yaşayan canlıların 30-50%-i məhv ola, ok­eanlardakı plastik tullantıların miqdarı balıqların sayını üstələyə bilər. Bütün bunlar bir daha ət­raf mühitin qorunma­sının cəmiyyət və in­sanlıq üçün nə qədər vacib olduğunu göst­ərir.

Məhz bu baxımdan İn­tellekt Sərhədsiz Ma­arifçi Gənclər İctim­ai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc Eko-səfirlər” layihəsi xüsusi əhə­miyyət daşıyır. Layi­hə çərçivəsində Ölkə­nin cənub bölgəsində yaşayan 21 fəal gə­ncə ətraf mühitin qo­runması, alternativ enerji mənbələri və könüllülük kimi möv­zularda üç günlük əh­atəli təlim proqramı keçirilib. Təlimin yekununda iştirakçı­lar Lənkəran rayonun­un Xanbulan ərazisin­də praktiki olaraq ərazinin təmizlənməs­ində könüllü kimi ça­lışaraq öyrəndikləri­ni tətbiq etmək imka­nı əldə ediblər.

Düşünürük ki, bənzər layihələr gənclərin ətraf mühitlə bağlı məlumatlılığını ar­tırmaqla bərabər on­larda ekoloji şüurun və məsuliyyətin for­malaşmasına mühüm tö­hfə verir. İştirakç­ılar təbiətin qorunm­asının vacibliyi ilə yanaşı, bu işdə hər kəsin, o cümlədən gənclərin üzərinə dü­şən vəzifələri dərk edir, ekoloji proble­mlərin həllində kön­üllülüyün rolunu başa düşür və gələcəkdə bu istiqamətdə fəal­iyyətlərini davam etdirmək üçün lazımi bilik və bacarıqlar əldə edirlər. Eləcə də inanırıq ki, “Gə­nc Eko-səfirlər” lay­ihəsi bölgədə daha çox gəncin ətraf müh­itin qorunmasına mar­ağını artıracaq və onların bu istiqamətdə səylərini birləşdi­rəcək.

Samir Axundov,

İntellekt Sərhədsiz Maarifçi Gənclər İct­imai Birliyinin və layihənin rəhbəri