06-07 aprel 2024-cü il tarixlərində Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və “Zəfər” İdman Klubu ilə birgə  təsdiq etdikləri əsasnaməyə uyğun olaraq “07 aprel – Ümumdünya Sağlamlıq günü”nə həsr olunmuş “07 aprel-Ümumdünya Sağlamlıq günü”nə həsr olunmuş  Sərbəst  güləş üzrə rayon turniri keçirilmişdir.

Yarışlar əsasnaməyə uyğun olaraq  2007-2008-ci il təvəllüdlü yeniyetmələr

arasında  45, 48, 51, 55, 60,65 çəki dərəcələri, 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında   35, 38, 41, 48, 52, 57, 62,68, 75,85 çəki dərəcələri  və  2012–2014-cü il təvəllüdlü yeniyetmələr  arasında   23, 26, 29, 32, 35,38, 42, 47, 53, 59 çəki dərəcələri üzrə  keçirilmişdir.

Yarışda 8 komanda – Sumqayıt, Astara, Lənkəran, Masallı, Salyan, Biləsuvar , Cəlilabad, Abşeron idman klublarınıi təmsil edən 170 nəfər  fəxri yerlər uğrunda mübarizə aparmışlar.

Yarışın açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, “Azərbaycan Respublikasının Əməkdar məşqçi”, Azərbaycan Güləş Federasiyasının cənub regionu üzrə nümayəndəliyinin rəhbəri, yarışların baş katibi İlham Məmmədov, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov çıxış etmiş və idmançılara uğur arzulamışlar.

Yekunda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, “Zəfər” İdman Klubunu təsis etdiyi  diplomlar və medallar ilə təltif olunmuş və hər çəkidə I yeri qazanmış idmançılara “Zəfər” İdman Klubu tərəfindən güləş idman dəsti hədiyyə olunmuşdur.