Cari ilin birinci rübündə 1703,0 hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Yazlıq səpinin hamısı ailə-kəndli təsərrüfatlarının payına düşür.

Məhsul istehsalçıları 175 hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 72 hektar sahədə qarğıdalı, 759 hektar sahədə kartof, 618  hektarda tərəvəz və 3 hektar sahədə bostan  bitkiləri əkib, 76 hektar sahəyə çoxillik yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tərəvəz  əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

Şövqiyyə  Məmmədova,

Astara Rayon Statistika İdarəsinin rəis müavini