26 aprel 2024-cü il tarixində rayon icra hakimiyyəti və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Astara Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyi ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

Tədbiri rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini Mərasim Hacıyev açıq elan etmiş, sonra Ulu Öndər Heydər Əliyev, akademik Zərifə xanım Əliyeva və vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, görkəmli oftalmoloq alimin misilsiz fəaliyyətindən bəhs edən videofilm izlənmişdir.

Tədbirdə Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev, Mərkəzi Xəstəxananın Poliklinika şöbəsinin müdiri Gülnar Muxtarova, həkimlər Cahangir Əliyev və Fuad Səmədov görkəmli Akademik Zərifə Əliyevanın həyat yolu və Azərbaycan səhiyyəsinə verdiyi misilsiz töhfələr barədə çıxış etmişlər.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, həkim və digər səhiyyə çalışanları iştirak etmişlər.