Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlər keçirilir.
Qeyd edilən təlimlər 29 aprel-03 may 2024-cü il tarixləri aralığında Astara rayonunda təşkil olunmuşdur. Təlimlərdə rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.
Rayon icra hakimiyyətinin dəstəyi ilə Astara Rayon Heydər Əliyev Mərkəzində baş tutan təlimlərdə “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili”, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilməsi qaydaları”, “İş yerində rifahın təmin olunması: tükənmə və steslə mübarizə” mövzularını əhatə edən məlumatlar dinləyicilərin diqqətinə çatdırılmışdır.
Təlim zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilmiş, müzakirələr aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.