Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın bütün bölgələrində son nəsil rabitə texnologiyasının qurulması və  nəticədə əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Astara rayonunda da işlər aparılır. İnternet xətləri olmayan ərazilərə yeni xətlər çəkilir, yararsız xətlər yenisi ilə əvəvzlənir.

Rayonun bir çox ərazisində yüksəksürətli internet xətlərini çəkilməsini Real-Kont MMC həyata keçirir. Real-Kont MMC-nin direktoru Rabil Manafovla görüşümüz zamanı bildirdi ki, GİPON (Gigabyte Passive Optical Network) internet layihə çərçivəsində rayon mərkəzinə yaxın ərazilərlə yanaşı ucqar dağ ərazilərinə də internet xətlərinin çəkilişi nəzərdə tutulmuşdur. Relyefin mürəkkəbliyinə baxmayaraq bütün istiqamətlər üzrə işlər sürətlə davam edir. Həmçinin, əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq GPON şəbəkəsi qurulur. Yüksəksürətli internet xətlərinin çəkilməsi, əsasən də, məktəblərdə tədrisin əlçatanlığını, texniki resurslardan məqsədyönlü istifadəni təmin etməkdir.

Məlumat üçün qeyd etmək lazımdır ki, bu layihə 2024-cü ilin sonuna kimi yekunlaşdırılacaq.