07 iyun 2024-cü il tarixində Suparibağ kənd tam orta məktəbində Astara Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin təşəbbüsü ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikahlar və onların fəsadları” mövzularında tədbir keçirilmişdir.

Tədbiri Astara RPŞ-in ŞHİÜ rəis köməkçisi, polis polkovnik-leytenantı Emil Mustafayev açıq elan etmişdir.

Tədbirdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günel Lətifzadə, rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nihad Alllahverdiyev, rayon Polis Şöbəsinin YYÇPİTQ-in İnspektoru polis leytenantı İxtiyar Arizzadə, Astara rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rufan Şirinov, Suparibağ tam orta məktəbin direktoru Nazənin Məmmədova, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayevin iştirakı ilə mövzular barədə çıxışlar edilmişdir.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.