Fars körfəzində İran və Amerika gəmiləri arasında insident baş verib

İran Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “Falaken” raket kateri İslam Respublikasına aid digər gəmiyə yaxınlaşan Amerika gəmisinə xəbərdarlıq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İran HDQ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, Fars körfəzində, Cask liman şəhərinin təqribən 72 km-də texniki nasazlıq səbəbindən qəzaya uğrayan “Şəms” balıqçı gəmisi İran HDQ-dən kömək istəyib. Xilasetmə əməliyyatı üçün əraziyə “Falaken” raket kateri göndərilib. Əməliyyat zamanı balıqçı gəmisinə yaxınlaşan ABŞ HDQ-nə məxsus gəmi “Falaken” tərəfindən xəbərdarlıq alıb və həmin ərazini tərk etmək məcburiyyətində qalıb