Astarainfo.az xəbər verir ki, Astarada “Cənub regionunda insan alveri və məcburi əməyə dair məsələlərdə əhalinin marifləndirilməsi” ilə bağlı təlim keçirilmişdir.
Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi və “Hüquqi Yardım”İctimai Birliyinin birgə proqramı çərçivəsində təşkil olunmuşdur.
Tədbirdə “Hüquqi Yardım” İctimai Birliyinin sədri İlqar Qasımov, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsi üzrə məsləhətçisi Elnur Rəsulov, rayon Mərkəzi Kitabxanasının müdiri Tural Eyvazov, Gənclər və İdman idarəsinin rəis müavini İqrar Cəfərov “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı təşkilat,müəssisə rəhbərləri və məktəb şagirdləri iştirak etmişlər.
Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib.
İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.
Tədbir cənub bölgəsi üzrə bir neçə rayonları əhatə edəcəkdir.
Astarainfo.az