ATV telekanalında kadr dəyişiklikləri davam edir.
Astarainfo.az Azvision.az-a istinadən xəbər verir ki, İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu müvəqqəti olaraq “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti vəzifəsinə təyin olunub.
ATV-nin yeni rəhbərinin qərarı ilə telekanalda yayımlanan “Bozbash Pictures” və “Bacanaqlar” serialının yayımı dayandırılıb.
Yaxın günlərdə telekanalın strukturunda ciddi islahatların aparılacağı gözlənilir. Bundan əlavə bəzi əyləncəli verilişlərin də bağlacağı bildirilir.
Qeyd edək ki, ötən gün ATV-nin təsisçilərinin qərarına əsasən Vüqar Qaradağlı telekanalın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.