Suriyada İŞİD-ə qoşulmuş “ağ dul qadın” ləqəbli Böyük Britaniya vətəndaşı Salli Cons öldürülüb.
APA-nın xəbərinə görə, bu barədə “Times” qəzeti yazıb. Salli Cons Rakka şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatın (PUA) endirdiyi zərbə nəticəsində məhv edilib. Terrorçu qadınla birgə onun 12 yaşlı oğul övladı da ölüb.
Dörd il əvvəl 45 yaşlı Salli Cons Birminqem şəhərindən olan Cüneyd Hüseynə ərə gedərək Suriyaya üz tutub. Avropa vətəndaşlarını İŞİD terror təşkilatına cəlb edən əsas şəxs kimi tanınan Cüneyd Hüseynin azı 12 terror aktında əli olduğu məlum olub.
2015-ci ildə C.Hüseyn pilotsuz uçuş aparatı tərəfindən vurularaq məhv edilib. Onun ölümünə görə intiqam almaq istədiyini bəyan edən S.Cons Qərb ölkələrində terror aktları planlaşdıran diversant qrupuna rəhbərlik etdiyini bəyan edib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...