Hindistanın Kəlküttə şəhərindəki tibb kollecinin həkimləri xəstənin mədəsindən 5 sm uzunluğunda 639 ədəd mismar çıxarıb.
“Qafqazinfo” xəbər erir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Məlumata əsasən, xəstə mədə ağrısı ilə xəstəxanaya yerləşdirilib. İki saat davam edən əməliyyatdan sonra xəstənin mədəsindən ümumi çəkisi 1,3 kq olan mismar çıxarılıb.
Həkimlər mismarların iti olmasına baxmayaraq xəstənin ağır xəsarətlər almadığını bildiriblər.
Əməliyyat olunan kişinin şizofreniya xəstələyindən əziyyət çəkdiyi vurğulanıb.