Rusiyada keçiriləcək DÇ-2018-də matçları idarə edəcək bütün hakimlər bəlli olub. Apasport.az saytının məlumatına görə, hələlik qeyri-rəsmi siyahını məşhur İtaliya idman portalı “tuttomercatoweb” açıqlayıb.
FİFA Hakimlər Komitəsinin Pyerluici Kollina və Massimo Busakkanın rəhbərliyi ilə hazırladığı heyətdə 36 hakim yer alıb.
Maraqlıdı ki, mundialda İngiltərə xaric bütün aparıcı futbol ölkələri hakimlə təmsil olunacaqlar. Məşhur ingilis “fit sahibləri” Martin Atkinson və Andre Marriner 45 yaş həddini keçidkləri üçün beynəlxalq oyunlara təyinat ala bilməzlər.
 Mundialda aşağıdakı referilər iş başında olacaqlar.
 Byörn Keypers (Hollandiya), Canluka Rokki (İtaliya), Klemen Tyürpen (Fransa), Cüneyt Çakır (Türkiyə), Feliks Brex (Almaniya), Sergey Karasyov (Rusiya), Antonio Mateo Laos (İspaniya), Şimon Marsinyak (Polşa), Milorad Majiç (Serbiya), Damir Skomina (Sloveniya), Andres Kunya (Uruqvay), Nestor Pitana (Argentina), Xulio Baskunyan (Çili), Enrike Kasares (Paraqvay), Sandro Riççi (Braziliya), Vilmar Roldan (Kolumbiya), Metyu Konqer (Yeni Zelandiya), Norbert Xauata (Taiti), Mehdi Abid Çaref (Əlcəzair), Malanq Diedayu (Seneqal), Bakara Hassama (Qambiya), Qexad Qrişa (Misir), Canni Sikazve (Zambiya), Bamlak Tessema (Efiopiya), Mark Qeyger (ABŞ), Joel Agilar (Salvador), Cair Marrufo (ABŞ), Rikardo Montero (Kosta-Rika), Con Pitti (Panama), Sezar Ramos (Meksika), Fahad Əl Mirdaşi (Səudiyyə Ərəbistanı), Əlirza Fəqani (İran), Ravşan İrmatov (Özbəkistan), Abdulla Muhammed (Maldiv adaları), Ryuci Sato (Yaponiya), Navaf Şukralya (Bəhreyn)
Qeyd edək ki, hakimlərin siyahısının rəsmi olaraq yanvar ayında açıqlanması gözlənilir.